Fars körfəzində daşımaların normallaşacağı vaxt açıqlandı

media-hightechnic-468x90

ABŞ-nin energetika naziri Kris Rayt Fars körfəzində enerji daşıyıcılarının normal daşınmasının bərpasının bir neçə ay çəkəcəyini açıqlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Kris Rayt Atlantik Şurası tərəfindən təşkil olunan enerji forumunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bölgədə neft və qaz axınlarının əvvəlki səviyyəyə qayıtması vaxt tələb edir. Hörmüz boğazı vasitəsilə yalnız neft və təbii qaz deyil, kükürd, helium, sürtkü yağları və digər strateji məhsullar da ixrac olunur.

Kris Rayt mülki yükdaşımaların həcminin son günlər nəzərəçarpacaq dərəcədə artdığını da vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra regionda vəziyyət gərginləşib. İran tərəfi isə cavab olaraq Hörmüz boğazının ABŞ, İsrail və onların müttəfiqlərinə aid gəmilər üçün bağlandığını elan edib.

Qeyd edək ki, dünya neft ticarətinin təxminən 25%-i, mayeləşdirilmiş təbii qaz daşımalarının isə 20%-ə yaxını Hörmüz boğazı vasitəsilə həyata keçirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05