Fazil Məmmədov sərxoş halda – AUDİO

Sosial şəbəkələrdə və “YouTube” video portalında keçmiş vergilər naziri Fazil Məmmədovun telefon danışığı yayılıb.

Yenicag.az xəbər verir ki, keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyinin sabiq əməkdaşlarından biri ilə telefonda danışıb. Nazirliyin sabiq əməkdaşının sözlərinə görə, telefonda danışan keçmiş nazir Fazil Məmmədovdur.

Videoda nazirin danışığının səs yazısı qeyd edilib. Səsi dinlədikdə, aydın hiss etmək olar ki, F.Məmmədov olduğu iddia olunan şəxs sərxoşdur. Hətta onun dilinin söz tutmadığı belə aydın sezilir.

Videonu paylaşan “virtualaz.org”, telefonda danışan şəxsin kimliyi barədə məlumatlı olduğunu yazıb.