!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fazil Qəzənfəroğlu sakinlərlə polis arasında baş verən insidentdən yazdı: "Bu sürünün qarşısında durmalıyıq"

!Reklam – Yazi

“Bu sürünün qarşısında durmalıyıq. Bunlar vətəndaş deyillər, Vətəni qarışdırmaq istəyən yaramazlardır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Yeni Yasamalda sakinlərlə polis arasında baş verən insidentə münasibət bildirən deputat Fazil Qəzənfəroğlu səsləndirib.

F.Qəzənfəroğlu bildirib ki, karantin dövrü müharibə dövrüdür. Onun sərt qaydalarına tabe olmaq lazımdır. Belə bir dövrdə öz vəzifə borcunu yerinə yetirən Azərbaycan polisinə zibil atmaq, güllə atmağa bərabərdir. Bu sadəcə əxlaqsızlıq və şərəfsizlik deyil, məqsədyönlü təxribatdır. Polis də bu Vətənin övladıdır, sən evində istirahət edəndə 3 aydır küçələrdə təhlükə ilə üz-üzə qalıb vətəndaşları qorumağa çalışır. Xeyli sayda polis və ailəsi koronavirusdan əziyyət çəkir”.

F.Qəzənfəroğlu sosial şəbəkədə polis əleyhinə yazanlar da sərt cəzalandırılmalıdır:

“Mədəni şəkildə hər kəs polisə iradını bildirə bilər, qanuna uyğun şəkildə şikayət edə bilər, sosial şəbəkədə məhz bu hadisəyə görə polisə qarşı total hücum edən yaramazları ən sərt şəkildə cəzalandırmaq lazımdır”.

www.yenicag.az

1964
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv