“Fənərbağça” Rasmus Höylundla maraqlanır – Premyer Liqa ulduzu İstanbul klubunun hədəfində

media-hightechnic-468x90

Yeni mövsümə iddialı başlamağı planlaşdıran “Fənərbağça” klubu hücum xəttini gücləndirmək üçün Premyer Liqa nəhəngi “Manchester United”in hücumçusu Rasmus Höylundla maraqlanır.

Yenicag.az “Spor X” xəbər portalına istinadən xəbər verir ki, sarı-lacivərdlilər mövsümün sonunda Edin Cekonun komandadan ayrılacağı və Yusif Ən-Nesirinin gözlənilən performansı göstərməməsi səbəbilə yeni hücumçu axtarışına başlayıb.

22 yaşlı danimarkalı forvard 2023-cü ilin yayında “Atalanta”dan 78 milyon avro qarşılığında “Manchester United”ə transfer olunub. Lakin Premyer Liqanın sürətli və intensiv oyun tərzinə uyğunlaşmaqda çətinlik çəkdiyi bildirilir. İngiltərə klubu gənc hücumçunu transfer siyahısına əlavə etməyə və gələn təklifləri dəyərləndirməyə hazırdır.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, “Fənərbağça” Höylundun durumu ilə bağlı məlumat toplamaq məqsədilə futbolçunun da təmsil olunduğu “SEG” menecerlik şirkəti ilə görüş keçirməyi planlaşdırır. Klubun danimarkalı hücumçu üçün ilkin mərhələdə icarə təklifi ilə çıxış edə biləcəyi də iddia olunur.

Qeyd edək ki, Rasmus Höylund bu mövsüm “Manchester United”in heyətində 50 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600