“Fenerbahçe” Arçi Braunla RAZILIĞA GƏLDİ – Transfer bu gün RƏSMİLƏŞƏ BİLƏR

media-hightechnic-468x90

Türkiyənin “Fenerbahçe” klubu gələn mövsüm üçün transfer çalışmalarını davam etdirir. İstanbul təmsilçisinin növbəti hədəfi Belçikanın “Gent” klubunda çıxış edən ingilis müdafiəçi Arçi Braundur.

Yenicag.az xəbər verir ki, məşhur transfer eksperti Canluka Di Marzionun yaydığı məlumata görə, “Fenerbahçe”“Gent” klubu Braun transferi ilə bağlı artıq razılığa gəlib. Müqavilənin bu gün yekunlaşması gözlənilir.

23 yaşlı futbolçu ötən mövsüm “Gent”in heyətində 46 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun sabit çıxışı Avropanın bir sıra klublarının da diqqətini cəlb edib. Xəbərlərə görə, İtaliyanın “AC Milan” klubu da Arçi Braunla maraqlanıb və onun transfer şərtləri ilə bağlı məlumat toplayıb.

Əgər bu transfer rəsmiləşərsə, Arçi Braun “Fenerbahçe”nin müdafiə xəttinin gücləndirilməsində əsas fiqurlardan biri ola bilər.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600