“Fenerbahçe Beko”nun bayraqları 1915 Çanaqqala və Osmanqazi körpülərində DALĞALANDI

media-hightechnic-468x90

Avroliqa mövsümünü çempionluqla tamamlayan “Fenerbahçe Beko” basketbol klubunun bayraqları ilk dəfə olaraq 1915 Çanaqqala və Osmanqazi körpülərinə asılıb.

Yenicag.az “Haber Global”a istiandla xəbər verir ki, bu barədə məlumat klubun rəsmi sosial media hesablarında paylaşılıb.

Açıqlamada “Fenerbahçe Beko”nun Türk Hava Yolları Avropa Liqası Dördlər Finalında ikinci dəfə çempion olmasının simvolik şəkildə qeyd edildiyi vurğulanıb. Klubun bayraqları mühüm milli əhəmiyyət daşıyan bu körpülərdə dalğalanmaqla, tarixi uğur geniş auditoriyaya çatdırılıb.

Əvvəlki illərdə “Fenerbahçe Beko”nun bayraqları, əsasən, İstanbulda yerləşən 15 İyul Şəhidlər Körpüsü, Fatih Sultan Mehmet Körpüsü və Yavuz Sultan Səlim Körpüsü üzərində nümayiş etdirilirdi. Bu dəfə isə bu ənənəyə ilk dəfə olaraq 1915 Çanaqqala və Osmanqazi körpüləri də əlavə olunub.

Klubun bu təşəbbüsü həm çempionluğun geniş miqyasda qeyd olunması, həm də milli simvollara verilən dəyərin ifadəsi kimi dəyərləndirilib.

Göycə Göycəyev

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600