“Fenerbahçe”dən Conatan David üçün REKORD TƏKLİF
“Fenerbahçe” Kanadalı hücumçu Conatan Davidin transferi üçün tarixi təklif irəli sürüb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “NTV Spor” platforması yayıb.
Məlumata görə, İstanbul klubu Fransanın “Lille” komandası ilə müqaviləsi başa çatan ulduz futbolçunun keçidini reallaşdırmaq üçün 50 milyon avronu aşan təklif təqdim edib.
Təklif paketinə üçillik müqavilə ilə yanaşı, imza bonusu, performansa bağlı əlavə ödənişlər və menecer haqqı da daxildir.
Fransa mətbuatı və “Sözcü” qəzetinin yazdığına əsasən, Conatan Davidi “Barcelona” da daxil olmaqla bir sıra Avropa nəhəngləri transfer siyahısına daxil etsə də, ən yüksək rəsmi təklifi “Fenerbahçe” irəli sürüb.
Mənbənin məlumatına görə, İstanbul klubunun baş məşqçisi Joze Mourinyo şəxsi təşəbbüslə Conatan Davidlə videozəng vasitəsilə əlaqə saxlayaraq onu yeni layihəyə qoşulmağa dəvət edib.
Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Əgər bu keçid baş tutarsa, bu, Türkiyə futbolu tarixində ən yüksək dəyərli transferlərdən biri olacaq.
Göycə Göycəyev