“Fenerbahçe”dən Mehdi Taremi HƏMLƏSİ – İranlı hücumçu ilə MARAQLANIR

media-hightechnic-468x90

Hücum xəttini gücləndirmək istəyən “Fenerbahçe” iranlı forvardı transfer siyahısına daxil edib.

Yenicag.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fenerbahçe” hücum xəttini gücləndirmək üçün “Internazionale”da çıxış edən iranlı forvard Mehdi Taremi ilə maraqlanır.

İtaliyalı jurnalist Di Marzionun yaydığı məlumata görə, 32 yaşlı təcrübəli hücumçu ilə maraqlanan klublar sırasında “Fenerbahçe” ilə yanaşı İngiltərə Premyer Liqası təmsilçisi “Fulham” də yer alır.

Tareminin “Inter” ilə hazırkı müqaviləsi 2027-ci ilə qədər davam edir. Onun bazar dəyəri hazırda təxminən 3,5 milyon avro olaraq qiymətləndirilir.

İran millisinin aparıcı üzvlərindən biri olan Mehdi Taremi ötən mövsüm “Inter”in heyətində 43 rəsmi oyunda 3 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb. Milli komandada isə 93 matçda forma geyinən futbolçu 53 dəfə rəqib qapılarına yol tapıb.

Göycə Göycəyev

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600