“Fenerbahçe”dən yeni transfer HƏDƏFİ – Lukas Vaskes GÜNDƏMDƏ

media-hightechnic-468x90

“Fenerbahçe” Joze Mourinyonun rəhbərliyi altında növbəti ulduz transferi üçün hərəkətə keçib. Sarı-lacivərdlilər “Real Madrid”in təcrübəli müdafiəçisi Lukas Vaskesi transfer etmək niyyətindədir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, “Galatasaray”ın alman ulduz Leroy Saneni heyətinə qatmasından sonra “Fenerbahçe” rəqibindən geri qalmamaq üçün transfer bazarında aktivliyini artırıb və Vaskesin şərtlərini öyrənməyə başlayıb.

Klub ispan futbolçudan müsbət cavab aldığı halda transferi reallaşdırmağa qərarlıdır.

Transfer prosesində əsas rolun baş məşqçi Joze Mourinyoya məxsus olacağı bildirilir. Portuqaliyalı mütəxəssis “Real Madrid”də çalışdığı dövrdə Vaskeslə birgə iş təcrübəsinə sahib olub və indi onu “Fenerbahçe”yə gətirmək üçün şəxsən görüş keçirməyi planlaşdırır.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600