“Fenerbahçe” isveçrəli ulduza “elçi düşdü”
Ali Koç rəhbərliyindəki “Fenerbahçe” gələn mövsüm çempionluq hədəfi ilə transfer çalışmalarını sürətləndirir.
Yenicag.az “Haber Global”a istinadla xəbər verir ki, klubun ilk prioriteti “Bayer Leverkusen” və İsveçrə millisinin üzvü Qranit Xaka olub.
Baş məşqçi Joze Mourinyo ilə yola davam etmək qərarı verən “bülbüllər” mərkəzdə güclü rotasiya yaratmaq üçün Xakaya qapılarını açıb. Transfer üçün Ali Koç və klubun transfer komandası tam səfərbər olub.
“Bayer Leverkusen” isə müqaviləsi 2028-ci ilə qədər davam edən Xakayı asanlıqla buraxmaq istəmir. Transferin reallaşması üçün alman klubunun yeni baş məşqçisi Erik ten Haqın satışı təsdiqləməsi vacib sayılır.
Qeyd edək ki, karyerası ərzində 11 kubok qazanmış Qranit Xaka “Arsenal”, “FC Basel”, “Bayer Leverkusen” və İsveçrə U17 komandası ilə böyük uğurlara imza atıb. O, 2017 və 2022-ci illərdə “ilin oyunçusu” seçilib.