“Fenerbahçe” Kayl Uolker transferində SONA YAXINLAŞDI

media-hightechnic-468x90

“Fenerbahçe” yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün dünya futbolunun tanınmış adlarını gündəminə alıb. Sarı-lacivərtlilər, ötən mövsüm “Milan”da icarə əsasında çıxış edən, müqavilə hüquqları “Manchester City”yə məxsus olan İngiltərə millisinin təcrübəli müdafiəçisi Kayl Uolkerin transferi üçün rəsmi təklif irəli sürüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Mourinyo rəhbərliyində iddialı komanda qurmağa çalışan İstanbul təmsilçisinin bu transferdəki əsas üstünlüyü “Manchester City”nin gələn mövsüm Uolkerə ödəyəcəyi yüksək maaş yükündən azad olmaq istəməsidir. Məhz bu səbəbdən İngiltərə klubu “Fenerbahçe”yə müəyyən güzəştlər etməyə hazırdır.

Qeyd edək ki, Kayl Uolker uzun illər “Manchester City”də forma geyinib və burada böyük uğurlar qazanıb. İngiltərə millisinin üzvü olan təcrübəli müdafiəçi karyerası ərzində ümumilikdə 18 kubok qazanıb. Bu titulların 17-si “Manchester City”, biri isə “Queens Park Rangers” klubunun heyətində əldə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600