“Fenerbahçe” Orkun Kökçünü transfer siyahısına DAXİL ETDİ

media-hightechnic-468x90

“Fenerbahçe” yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir. İstanbul təmsilçisi bu dəfə Portuqaliyanın “Benfica” klubunda çıxış edən türkiyəli yarımmüdafiəçi Orkun Kökçünü transfer hədəfinə alıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Portuqaliyanın nüfuzlu idman nəşri “A Bola” yayıb. Mənbəyə görə, “sarı-lacivərdlilər” 24 yaşlı futbolçunu heyətinə qatmaq üçün ciddi maliyyə ayırmağa hazırdır.

Xatırladaq ki, “Benfica” Orkun Kökçünü 2023-cü ilin yayında Niderlandın “Feyenoord” klubundan 25 milyon avro qarşılığında transfer etmişdi. Portuqaliya klubu hazırda futbolçunu 40 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, O. Kökçü bu mövsüm “Benfica” forması ilə bütün turnirlərdə 53 oyunda meydana çıxaraq 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Transferin reallaşması üçün tərəflər arasında danışıqların yaxın günlərdə başlayacağı gözlənilir.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600