Fərid Şahbazlı: “Bakı-Tbilisi xətti Cənubi Qafqazın sabitlik qarantına çevrilir“

media-hightechnic-468x90

“Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi təsadüfi deyil. Bu, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakterini və qarşılıqlı etimada əsaslandığını bir daha təsdiq edir. Bu səfər Gürcüstanın Bakının regional siyasətdə Azərbaycanın liderliyini qəbul etdiyini göstərir”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. O, bu səfəri regionda baş verən geosiyasi proseslər fonunda xüsusilə əhəmiyyətli hesab edir.

Siyasi şərhçinin fikrincə, səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşlər zamanı müzakirə edilən əsas məsələlər – enerji, nəqliyyat, təhlükəsizlik və regional əməkdaşlıq – yalnız ikitərəfli əlaqələr deyil, həm də Cənubi Qafqazın və daha geniş coğrafiyanın gələcəyi üçün əhəmiyyət daşıyır:

“Orta Dəhliz layihəsi ətrafında aparılan müzakirələr onu göstərir ki, Azərbaycan və Gürcüstan bu təşəbbüsün lokomotiv gücləri kimi çıxış edirlər. Avropa və Asiyanı birləşdirən bu marşrutun uğuru Bakı-Tbilisi əməkdaşlığından çox asılıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mətbuata bəyanatında Avropanın enerji təhlükəsizliyinin Azərbaycan və Gürcüstansız təsəvvürü mümkün olmadığıni dedi. ” – deyə Şahbazlı qeyd edib.

Ekspert eyni zamanda Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi açıq dəstəyi yüksək qiymətləndirib:

“Mixeil Kavelaşvilinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi prinsipial mövqe, iki ölkənin strateji tərəfdaşlıq ruhuna tam uyğundur. Bu, eyni zamanda, Cənubi Qafqazda sülhə, sabitliyə və qarşılıqlı dəstəyə əsaslanan yeni bir siyasi xəttin möhkəmləndiyini göstərir,” – deyə o bildirib.

Fərid Şahbazlı hesab edir ki, bu səfər təkcə diplomatik jest deyil, həm də konkret siyasi və iqtisadi nəticələrə yol açacaq:

“Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq əlaqələri deyil. Bu, sınaqlardan çıxmış bir müttəfiqlikdir. Mixeil Kavelaşvilinin Bakıya səfəri bu müttəfiqliyin daha da dərinləşəcəyinə dair güclü siqnaldır,” – deyə siyasi şərhçi vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600