!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərman Salmanlı: “Bələdiyyə seçkilərindən sonra yeni dövr başlayacaq”

!Reklam – Yazi

“Kitabda ən çox bələdiyyə seçkilərinin keçirilməsi, bələdiyyə üzvlərinin, sədr və müavinlinin hüquq və vəzifələri, bələdiyə maliyələşdirilməsinin əsaslandırılması, həmçinin bələdiyyələrin yaranma tarixini izah etməyə çalışmışam”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri” adlı kitabın təqdimat mərasimində kitabın müəllifi Fərman Salmanlı deyib.

Onun sözlərinə görə, vətəndaşlar bəzən bələdiyyənin nə olduğu haqda anlayışı olmur:

“Bələdiyyə sektoruna daxil olduqdan sonra bir boşluğun olduğunu hiss etdim. Vətəndaşlar bəzən bələdiyyənin nə olduğu haqda anlayışı olmur. Hətta bəzən bələdiyyə çalışanları belə bələdiyyənin mahiyyəti və fəlsəfəsindən xəbərsiz olur. Bunu nəzərə alaraq, ilk növbədə dövri mətbuatda məqalələrlə çıxış etməyə çalışdım. Bir müddət sonra isə artıq yazıçılıq və bələdiyyə sahəsindəki təcrübəmiz bir araya gətirərək, bunun kitab halında cəmiyyətə, ictimaiyyətə təqdim etməyin zamanı gəldiyinə qərar verdim”.

F.Salmanlı qeyd edib ki, qarşıdan gələn 2024-cü il bələdiyyə seçkilərindən sonra yeni bir dövr başlayacaq:

“Qarşıdan yeni bir dövr gəlir. Bu, artıq Azərbaycan öz torpaqlarını, öz ərazisini bütövləşdirdiyi və bütün ölkə ərazisi üzrə seçkilərini keçirdiyi bir dövrdür. Kitabda ən çox bələdiyyə seçkilərinin keçirilməsi, bələdiyyə üzvlərinin, sədr və müavinlinin hüquq və vəzifələri, bələdiyə maliyələşdiilməsinin əsaslandırılması, həmçinin bələdiyyələrin yaranma tarixini izah etməyə çalışdım. Digər bir məqam isə bələdiyyənin Azərbaycanda tarixinin daha qədimlərə gedib çatmasıdır. Düşünürəm ki, qarşıdan gələn 2024-cü il bələdiyyə seçkilərindən sonra yeni bir dövr başlayacaq”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv