Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək

media-hightechnic-468x90

Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” yalnız onlayn qaydada https://e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək.

media-banner_tkm

Bu barədə Yenicag.az-a AYNA-dan bildirilib.

Proses “AYNA” informasiya sisteminə inteqrasiya olunan “Fərqlənmə nişanı” altsistemi vasitəsilə həyata keçiriləcək. Həmin sistem üzərindən “Fərqlənmə nişanı”nın alınması üçün müraciətlərin edilməsi yalnız gücləndirilmiş ASAN İmza ilə mümkün olacaq.

Sistemin yeni olmasını nəzərə alaraq, qarşıya çıxacaq sualları minimuma endirmək üçün “İstifadəçi təlimatları” hazırlanıb.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05