Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

FETÖ lideri bu ölkələrə qaça bilər: Türkiyəli nazir xəbərdarlıq etdi

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin ekstradisiyası məsələsinin müzakirəsi üçün ABŞ-a yenidən səfər etməyə hazır olduğunu deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ FETÖ liderinin ekstradisiyasını müzakirə etmək üçün ABŞ-ın baş prokuroru Ceff Seşnsin Ankaraya dəvət olunmasının mümkünlüyündən danışıb.

Ədliyyə naziri bildirib ki, ABŞ-ın yeni baş prokuroru Seşnsə məktub göndərərək, türk xalqının ABŞ hakimiyyətinin Güləni təhvil verəcəyinə inandığını onun diqqətinə çatdırıb. Bozdağ ABŞ-ın baş prokuroru ilə bu məsələni hətta telefonla da müzakirə etməyin mümkünlüyünü bildirib.

Nazirin sözlərinə görə, Vaşinqton Güləni təhvil verməkdən imtina etsə, bu, ikitərəfli münasibətlərə ciddi zərbə vuracaq.

Bozdağ qeyd edib ki, FETÖ liderinin ABŞ-dan üçüncü ölkəyə qaçmaq ehtimalı da istisna deyil:
“Bizdə Gülən tərəfdarlarının Kanada və bəzi başqa ölkələrdə dasınmaz əmlak almaları barədə məxfi məlumatlar var. O faktlar ABŞ-ın məhkəmə orqanlarına təqdim olunub”.

Nazirin fikrincə, ədalət məhkəməsindən yayınmaq istəyən Gülən Türkiyənin cinayətkarların ekstradisiyası ilə bağlı müqaviləsi olmayan ölkələrdən birinə qaça bilər:

“Türkiyə ilə Kanada arasında cinayətkarların ekstradisiyasına dair müqavilə yoxdur. Bununla belə, Gülənin Misir, Cənubi Afrika Respublikası və ya Braziliyaya da qaçması mümkündür”.

Xatırladaq ki, FETÖ lideri Gülənə bağlı olan Türkiyə Silahlı Qüvvələrinin bir təmsilçisi 2016-cı il iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhd göstərib. Türkiyə iqtidarı ilə xalqının qətiyyətli mövqeyi nəticəsində çevriliş cəhdinin qarşısı alınıb. Bu toqquşmalar zamanı 240-dan çox vətəndaş həlak olub.

Yeniçağ.Az

www.yenicag.az

351