FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı Kurbettin Gülənin cəzası açıqlanıb.
Yenicag.az xəbər verir ki, adıçəkilən şəxsə 10 il 6 ay həbs cəzası verilib.
İzmir Ağır Cinayətlər Məhkəməsində şahid qismində çıxış edən M.P bildirib ki, Kutbettin Gülən “Çağlayan” mətbəəsində çalışan zaman terror təşkilatına aid qəzet və jurnallara abunə olmayan şəxslərə müxtəlif yollarla təzyiq göstərib.
Şahidlərin ifadəsi dinləndikdən sonra silahlı terror təşkilatına üzv olmaqda ittiham olunan Fətullah Gülənin qardaşına hökm oxunub. O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.