!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-nun “Green card” toyu: ABŞ vətəndaşlığı üçün çıxmadıqları oyun qalmadı

!Reklam – Yazi

Saxta yollarla ABŞ vətəndaşlığı almaq üçün imitativ ailə quran FETÖ terrorçuları daha bir “nikah mərasimi” keçiriblər.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Abdullah Seyhan adlı FETÖ-çunun “Green card” toy mərasimi ABŞ-ın Virciniya ştatının Feyrfaks şəhərində baş tutub.

15 iyul çevriliş cəhdinin əsas təşkilatçılarından olan Abdullah Aymazın da iştirak etdiyi “mərasim”dən görüntülər yayımlanıb.

ABŞ prezidenti Donald Trampın miqrantlara qarşı sərt siyasəti terror şəbəkəsi FETÖ-nun da işini xeyli çətinləşdirib. Vəziyyətdən çıxış yolunu əvvəl “Green card”, daha sonra isə ABŞ vətəndaşlığı almaqda görən terrorçular ard-arda “ailə qurmaq” kampaniyasına başlayıblar. Bu çərçivədə son “toy mərasimi” ötən bazar günü keçirilib.

Məlumata görə, Abdullah Seyhanın Feyrfaksda təşkil olunan “Green card” toyu” 100-ə yaxın FETÖ-çu qatılıb. Rəsmi prosedurları tamamlayan bu “saxta cütlük” təqribən 1 həftədən sonra “Green card”a sahiblənərək, ABŞ-da qanuni status almaq və bununla da qanunvericiliyin yaratdığı məsuliyyətdən kənarda qalmağı düşünürlər. Bundan başqa, terrorçu cütlük evliliyin davam edəcəyi təqdirdə, 3 il sonra ABŞ vətəndaşlığı alaraq, səsvermə hüququ da əldə edəcəklər.

Həmin “toy”un diqqəti cəlb edən məqamlarından biri də FETÖ lideri Fətullah Gülənin “sağ əli” sayılan Abdullah Aymazın mərasimdə iştirakıdır. FETÖ-nun 2-ci şəxsi kimi ABŞ-da yaşayan Aymazın terror şəbəkəsinin Almaniya və ABŞ arasında pul dövriyyəsinə nəzarət etdiyi bildirilir.

ABŞ-da kompüter mühəndisi işləyən Abdullah Seyhanın “FETÖ qardaşları”nın “görücü üsulu” ilə evləndirildiyi, daha 4 terrorçu üçün də “toy mərasimi”nə hazırlıq aparıldığı müəyyən edilib. Maraqlıdır ki, FETÖ-çular daha əvvəl 20 min dollara amerikalılarla nigaha girsələr də, qiymət 45 min dollara qalxdığı üçün FETÖ-çulər öz daxillərindən “qız” seçmək məcburiyyətində qalıblar.

Yeniçağ.Az

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv