FHN: Ötən gün 12 nəfər xlas edilib

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 62 yanğına çıxış və yeddi köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində ikisi azyaşlı olmaqla 12 nəfər, o cümlədən qeyri-çimərlik ərazidə batma təhlükəsi olan bir nəfər xilas olunub.

Həmçinin, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində 2004-cü il təvəllüdlü Məmmədov Eldəniz Həbib oğlunun ağacda asılı vəziyyətdə aşkarlanmış meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600