Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

FHN: Yanğın zamanı 15 sakin xilas, 20 nəfər təxliyə edilib

FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas olunub, 20 nəfər təxliyə edilib.

Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunyb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

FHN Yasamal rayonunda baş vermiş yanğınla da bağlı məlumat yayıb. Bildirilir ki, Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 m2 olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 m2 sahədə və ümumi sahəsi 63 m2 olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m2 sahədə, dəhlizin, mətbəxin və aynabəndin lambirindən ibarət tavanı 34 m2 sahədə yanıb.

Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

www.yenicag.az

3089
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM