FIFA KDÇ: “Monterrey” və “Inter” ilk oyunda qalibi müəyyənləşdirə BİLMƏDİLƏR

media-hightechnic-468x90

FİFA Klublararası Dünya Çempionatının E qrupunda ilk oyun baş tutub.

Yenicag.az xəbər verir ki, görüşdə Meksikanın “Monterrey” klubu ilə İtaliya nəhəngi “Internazionale” üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“Monterrey”in baş məşqçisi Domenek Torrentin komandası matçın 25-ci dəqiqəsində hesabı açıb. Təcrübəli müdafiəçi Serxio Ramos baş zərbəsi ilə komandasını önə çıxarıb. Lakin meksikalılar üstünlüyü qoruyub saxlaya bilməyiblər.

42-ci dəqiqədə “Inter”in kapitanı Lautaro Martines hesabı bərabərləşdirib. İtaliya təmsilçisi oyunun sonunadək qələbə qolunu tapmağa çalışsa da, rəqib müdafiəsini keçə bilməyib.

Beləliklə, tərəflər xalları bölüşməli olublar. Növbəti turda “Inter” Yaponiyanın “Urawa Red Diamonds”, “Monterrey” isə Argentina təmsilçisi “River Plate” ilə qarşılaşacaq.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600