!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

FİFA-nın vitse-prezidenti korrupsiya faktına görə saxlanıldı

!Reklam – Yazi

Afrika Futbol Federasiyalarının rəhbəri, eləcə də FİFA-nın vitse-prezidenti Əhməd Əhmədin adı korrupsiya qalmaqalında hallanıb.

Yenicag.az xəbər verir ki, Əhməd Fransa polisinin araşdırdığı korrupsiya əməliyyatı çərçivəsində sorğuya çağrıldıqdan sonra Parisdə saxlanılıb.

O konfederasiya və futbol forması istehsalçıları arasında müqavilələr zamanı pozuntulara yol verməkdə şübhəli bilinir. Məsələn, bu il dünyanın tanınmış brendlərindən biri ilə bağlanmış müqavilə səbəb göstərilmədən ləğv edilib.

FİFA prezidenti Canni İnfantino məsələni şərh edib:

“Mən bilirəm ki, müəyyən narahatlıq yaradan məqamlar var. Lakin hesab edirəm ki, hamımız üçün çətin olan belə anlarda soyuqqanlı olmalı və həmrəyliyimizi itirməməliyik. Xahiş edirəm problemləri deyil, həll yollarını axtarın”./oxu.az/

www.yenicag.az

7716
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv