!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fikrət Fərəməzoğlunun vəziyyəti ağırlaşdı

!Reklam – Yazi
Fikret-FeremezogluHəbsdə olan JAM.Az saytının baş redaktoru Fikrət Fərəməzoğluna dəhşətli işgəncə verilib.
Bu barədə Vizual.Az-a jurnalistin həyat yoldaşı Faiqə İbişzadə bildirib.
Onun sözlərinə görə neçə gündür Fikrətlə görüşmək istəyirdi: “Amma Fikrət qoymurdu. Deyirdi gəlmə yanıma. Amma dünən xəbər vermədən gedib görüşdüm.
Gördüm ki, 2 dişi sınıb. Əvvəl fikirləşdim ki, təcridxanada ediblər. Dedi ki, burada etməyiblər. Sonra o qədər yalvardım ki, niyə belə olub? Dedi ki, 34 gün başından, çənəsindən yumruq dəyən adam belə olmalıdır da.
Dedim ki, bəs bədənin niyə səpib, ləkələr nədir? Bildirdi ki, 12 gün məni su üzünə həsrət qoydular. O istidə əllərimi belə yumağa qoymurdular. 12 gün qandalı da qolumdan açmadılar və arxadan başıma təpik-yumruqla vurdular”.
Baş redaktorun xanımı qeyd edib ki, gecələr belə qandalı açmırdılar: “Dedi ki, qandalı açandan sonra bir həftə barmaqlarım işləmədi. İz qalmamaq üçün sifətimə yox, başıma vururdular, travma almışam. Orada dişlərimi o qədər qıcıtmışam indi ovulub tökülürlər.
Nəzarətçilər və yanındakı məhbuslar mənə dedilər ki, bacı, o gecələr yatanda çığırır, dişlərini qıcıdır. Onun səsindən yata bilmirik. Fikrətə “Bandotdel”də ağır fiziki işgəncələr veriblər.
Mən Penitensiar Xidmətin rəisindən xahiş edirəm ki, Fikrəti təcili xəstəxanaya köçürsünlər. Vəkilimiz də həftənin birinci iş günü başından aldığı zədələr və işgəncələrlə bağlı məhkəməyə şikayət ərizəsi verəcək”.
F.İbişzadə prezident İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək köməklik göstərilməsini xahiş edib.
COP29

www.yenicag.az

1276
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv