Fikrət Yusifov ictimai sektora gəldi – Mətbuat konfransı

media-hightechnic-468x90

10393859_577166542413376_6272530692875979970_n“Ekonomiks” Beynəxalq İqtisadi Birliyi (BİAB) Beynəlxalq Mətbuat Mərkəzində ilk konfransını keçirib. BİAB sədri iqtisad elmləri doktoru, professor Fikrət Yusifov rəhbərlik etdiyi təşkilatın yaranma səbəbləri və fəaliyyəti haqda məlumat verib.

F.Yusifov, Azərbaycanda son illərdə, iqtisadi irəliləyişinin, əhalinin gəlirlərinin artmasının, geniş infrastruktur layihələrinin həyata keçirliməsini xüsusilə vurğulayıb.

“ Belə şəraitdə, iqtisadçı alim olaraq, proseslərdən kənarda qalmağım, ölkəmin hərtərəfli inkişafına dəstək vermək arzumla mütənasiblik təşkil etmirdi. Hər bir vətəndaş ölkənin rifahına xidmət etməlidir. Ekonomiks İqtisadi Araşdırmalar Birliyinin də məqsədi Azərbaycanın iqtisadi islahatlarında bir-qeyri hökumət təşkilatı olaraq yaxından istirak etmək, bu sahədə cərəyan edən prosesləri dərindən təhlil etmək, və şəffaf fəaliyyəti təhlil etməkdir.”- deyə Fikrət Yusifov bildiririb. BİAB sədri rəhbərlik etdiyi təşkilatın devizini də açıqlayıb: “Hər şeyi olduğu kimi göstərmək”.

Həmçinin BİAB sədri Azərbaycanın mediası ilə sıx əlaqədə olacaqlarını və hətta təşkilatın ilk layihəsini mətbuatla keçircəyini qeyd edib.

Daha sonra Fikrət Yusifov jurnalistlərin suallarını cavablandırdı. Yenicag.az-ın müxbirinin “Keçmiş partiya yoldaşlarınızdan sizin təşkilata qatılan olacaqmı? –sualına cavab olaraq “Özümün güvəndiyim mütəxəssisləri cəlb edəcəm. Fəxrəddin Namazov, İsgəndər Əliyev mənlə birgə çalışacaqlar. Yeni mütəxəssislər də təşkilatımıza cəlb edəcəyik. Hətta jurnalist-mütəxəssis olan insanları da öz aramızda görmək istərdik”-bunları dedi.

Digər jurnalistlərin suallarını cavablandıran Fikrət Yusifov sponsorları olduğunu da qeyd etdi.

Xatırladaq ki, Fikrət Yusifov Azərbaycanda bir sıra mühüm dövlət vəzifələrində təmsil olunub. Belə ki, 1992-1994-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, 1994-cü ildən 1999-cu ilə qədər Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində çalışmışdır.

Kamran Ədalətoğlu

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600