!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Filippin rəhbərinin qızı vitse-prezident seçildi

!Reklam – Yazi

Filippində vitse-prezident seçkilərində qalib gələn prezident Rodriqo Dutertenin qızı Sara Duterte yeni vəzifəsi üçün and içib.

Yenicag.az xəbər verir ki, Davaoda keçirilən mərasimdə and içən Sara Duterte Filippini birləşdirəcəyinə söz verib. 44 yaşlı siyasətçi Davao şəhərinin meri postunu 2010-cu ildə atasından miras alıb.

Rodriqo Duterte tezliklə vəzifəsini müavini Ferdinand Markos Juniora həvalə edəcək. Mərasimdə çıxış edən Sara Duterte “Önümüzdəki günlərdə daha çox milli birliyə ehtiyacımız ola bilər” deyib.

Sara Dutertenin altı illik səlahiyyət müddəti rəsmi olaraq iyunun 30-da Ferdinand Marcos Junior ilə birlikdə başlayacaq. Ölkədə prezident və vitse-prezident vəzifələrinə iki ayrı seçki keçirilir.

www.yenicag.az

391
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv