Filippinin şərqində 5,7 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 5:19-da qeydə alınana zəlzələnin episentri Leyte vilayətinin Kapukan bələdiyyəsindən 8 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində insan itkisi və ya dağıntılarla bağlı məlumat verilməyib.