Filippində dəhşətli gəmi qəzası-38 ölü

media-hightechnic-468x90

a51a683ee6f829ce66f7d0f595e8f25aFilippində “MV Kim Nirvana-B” sərnişin bərəsənin batması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Filippinin sahil mühafizə xidmətinin nümayəndəsi Arman Balilo bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 134 nəfər xilas olunub, 15 nəfər itkin düşüb.

Gecə boyu davam edən axtarış-xilasedici əməliyyata Hərbi Dəniz Qüvvələrinin gəmisi və Hərbi-Hava Qüvvələrinin iki təyyarəsi cəlb olunub.

Xatırladaq ki, Ormok limanından Kamotes adasına üzən “MV Kim Nirvana-B” sərnişin bərəsi hərəkətə başlayandan 20 dəqiqə sonra batıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600