!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Film nəhənglərinin Rusiyaya sanksiyasının AZƏRBAYCANA TƏSİRİ: "MDB ofisi Moskvada yerləşdiyindən..." - AÇIQLAMA / TƏKLİF

!Reklam – Yazi

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq bu ölkəyə tətbiq edilən sanksiyalar neft, bank və digər iqtisadi sektorlarla yanaşı, mədəniyyət, o cümlədən kino sahəsini də əhatə edir.

ABŞ-nin nəhəng kino şirkətləri olan “Disney”, “Warner Bros.”, “Paramount”, “Sony” kimi şirkətlər Rusiyaya qarşı sanksiya tətbiq edib.

Filmləri sözügedən şirkətlərin Moskvada yerləşən ofislərindən alan Azərbaycan kinoteatrları üçün problemlərin yaranacağı da iddia edilir.

Mövzu ilə əlaqədar Yenicag.az-a açıqlama verən “Cinemaplus” kinoteatrlar şəbəkəsinin İctimaiyətlə əlaqələr üzrə rəhbəri Nərmin Həsənova həmin şirkətlərlə birbaşa çalışdıqlarını bildirib:

“Biz Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi olaraq filmləri həmin studiyaların özündən alırıq. “Sony”, “Disney”, “Warner Bros.”, “Paramount” kimi dünyanın nəhəng kino istehsalçılarının birbaşa studiyaları ilə çalışırıq.

Sadəcə MDB ofisi Moskvada yerləşdiyindən MDB ölkələri Rusiya üzərindən filmləri əldə edirdilər. Hazırda dünyada baş verən hadisələr onu göstərir ki, şirkətlər MDB ofisinin məkanını dəyişəcəklər. Ümumilikdə, dünyada yayımlanan filmlər Azərbaycanda da eyni gündə yayımlanacaq”.

N.Həsənova hazırda danışıqların aparıldığını bildirib:

“Qeyd etdiyimiz böyük şirkətlər bu məsələyə baxırlar. Bizim hazırda əsas məqsədimiz filmlərin dünya premyerası ilə eyni gündə Azərbaycanda yayımlanmasıdır”.

Peşəkar Rejissorlar Gildiyasının rəhbəri, tanınmış rejissor Hüseyn Mehdiyev isə Yenicag.az- açıqlamasında ABŞ-nin nəhəng film şirkətlərinin Rusiyaya tətbiq etdiyi sanksiyaların Azərbaycan kino bazarına təsir etməyəcəyini vurğulayıb.

H.Mehdiyev qeyd edib ki, filmlərin digər ölkələrdən alınması üçün addımlar atılmalıdır:

“Bu məsələ ilə bağlı yayılan xəbərləri mən də izləyirəm. Bu sanksiyaların yerli kino bazarına təsiri barədə müxtəlif  fikirlər səslənir. Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycan kino bazarına heç bir təsiri yoxdur və olmayacaq da. Sadəcə başqa variantlardan istifadə etmək lazımdır. Əvvəllər filmlər  Rusiyadan alınırdısa, indi filmləri digər ölkələrdən, məsələn, Türkiyə, Gürcüstan və başqa ölkələrdən almaq olar. Söhbət əmtəədən gedir, film də əmtəədir. Rusiya olmasın, başqa ölkə olsun. Filmlərin alınması üçün Rusiya ilə deyil, sadaladığım ölkələrlə müqavilə bağlamaq olar”.

Cəvahir

COP29

www.yenicag.az

730
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv