Film setində FACİƏ: Tonlarla ağırlığında dekor qadının üzərinə aşdı - FOTO
ABŞ-da film çəkilişləri zamanı tükürpədən bədbəxt hadisə baş verib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, çəkiliş meydançasında sabitlənməyən nəhəng dekor parçası saniyələr içində bir qadının üzərinə aşıb.
Hadisə çəkilişlərin ən gərgin vaxtında qeydə alınıb. Tonlarla ağırlığında olan dekor panelinin altında qalan qadın ağır xəsarətlər alıb. Hadisə yerinə gələn təcili yardım briqadası yaralını dərhal xəstəxanaya çatdırıb.
Sosial şəbəkələrdə yayılan dəhşətli görüntülər istifadəçilərin sərt təpkisinə səbəb olub. Bir çoxları hadisəni bədbəxt hadisə deyil, açıq-aşkar “təhlükəsizlik laqeydliyi” adlandırıb.
Yenicag.az














