!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fiziki sağlamlıq imkanları məhdud şəxslərə dəstək kampaniyası davam edir – Fotolar

!Reklam – Yazi

“XXI Əsrin Qadınları” İctimai Birliyi “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” layihəsini davam etdirir. 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə gerçəkləşən sosial sifariş xarakterli layihənin məqsədi əlilliyi, sağlamlıq problemi olan şəxslərə dövlətin göstərdiyi diqqət və qayğı prosesinə dəstək vermək, uşaqlara və valideynlərinə hüquqi, psixoloji, mənəvi yardım göstərmək, əlillərin yaradıcılıq potensialını üzə çıxarmaq, təbliğ , təşviq etmək, onların cəmiyyətə adaptasiyasını sürətləndirməkdir.

Layihə rəhbəri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova “Rupor”a açıqlamasında bildirib ki, layihənin mahiyyətində əlillik baxımından sağlamıq problemi olan uşaqlara, yeniyetmələrə, gənclərə imkanlarını daha geniş təqdim edə bilmələrinə görə dəstək göstərmək dayanır:
“Hər bir vətəndaşın hüquqi, psixoloji, mənəvi yardıma ehtiyacı olur. Təbii ki, fiziki sağlamlıqlarında problem olanlara belə bir dəstək daha çox lazımdır. Onların arasında müxtəlif istiqamətlər üzrə bacarıqları ilə seçilənlər var, ancaq ictimaiyyətə necə təqdim olunmağın yollarını bilmirlər. Belə insanlar bəzən biganəlikdən, cəmiyyətə adaptasiya oluna bilməmələrindən əziyyət çəkirlər. Əlilliyi olanların tez-tez hüquqi, tibbi, psixoloji məsləhətlərə ehtiyacları yaranır. Biz layihə müddətində hədəf qruplarına aid etdiyimiz əlillərin bu ehtiyaclarının aradan qaldırılmasına maksimum dəstək göstərməyə çalışırıq”. 
Layihənin növbəti mərhələsində “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova ilə yanaşı “Quba Regional QHT-lərin resurs və Təlim Mərkəzi İctimai Birliyin rəhbəri Eynulla Xeyrullayev və Xalça Dünyası Assosiasiyası” İctimai birliyin sədri Fatimət Ağamirzəyeva prosesdə iştirak ediblər. Onlar Quba rayonu Iqriq kəndi sakini, 3-cü dərəcəli əlil Fərzəliyeva Aydan Davud qızı, Quba rayon Alpan kənd sakini, 2-ci dərəcəli əlil Qasımova Lalə İbrahim qızı,  Quba rayon Alpan kəndi sakini, 3-cü dərəcəli əlil Ömərov Xəyyam Ənvər oglu ilə görüşüblər.

3-cü dərəcəli əlil Fərzəliyeva Aydan toxuma əl işiylə məşğuldur. Müxtəlif  bəzək əşyaları toxuyur ki, onlardan məişətdə geniş istifadə etmək , hədiyyələr vermək olar. Aydan xanım toxuduğu əşyalarn sərgisini keçirməyi arzulayır.  

3-ci dərəcəli əlil Qasımova Lalə həm toxuma dəzgahında sərbəst işləyir, həm də dərzi sənətindən yararlanır. O, müxtəlif forma və dizaynda mütəkkələr hazırlamaqla yanaşı, hər növ yataq dəstlərinin tikilməsini də həyata keçirir. Fiziki çatışmazlığının olması əməyinin nəticəsinin alıcılara çatdılmasında ona çətinliklər yaradır.

Layihə rəhbəri M.Əmirhüseynova açıqlamasında onu da bildirib ki, “Evdən evə” kampaniyası çərçivəsində sağlamlıqları məhdud insanların hüquqları mövzusunda valideyinlər üçün təlimlər təşkil olunur, xüsusi maarifləndirici kitabçalar hazırlanır, insanlara əlillik problemini unutduracaq səviyyədə psixoloji söhbətlər aparılır, öz hüquqlarını daha yaxşı bilmələrinə yardım edilir, cəmiyyətin diqqətinin onlara daha sıx yönləndirilməsi işinə dəstək göstərilir:

“Komandamız layihənin hədəf qrupuna aid insanların cəmiyyətə nə qədər gərəkli olduqlarını müxtəlif aspektlərdən izah edir, bu izahları arqumentlərlə əsaslandırırlar. Əlliliyi olan şəxslər arasında istedadı olanların üzə çıxarılması, QHT-lər və KİV-lər vasitəsilə onların bacarıqlarının təbliği bu zümrənin təmsilçilərinə böyük motivasiya olacaq”.

Xatırladaq ki,  layihənin ilk qonaqları  bu şəxslər olub: 

– Xəyalə Xəqani qızı Səfərova: 1984-cü ildə doğulub. 3-cü dərəcəli əlildir. Anadan gəlmə ürək çatışmazlığından əziyyət çəkir. Toxuma əl işiylə məşğuldur. Uşaq oyuncaqları və dekorativ güllərin işləmələrini hazırlayır.

– Xuraman Elşən qızı Rzayeva:  2002- ci ildə doğulub. Eşitmə məhdudiyyətlidir. Uşaq vaxtlarindan rəsm çəkir. Xüsusən böşqablar üzərində şəkillər çəkir, konturlarla işləyir.

 

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv