Formula 1 pilotlarının Bakıya gələcəkləri vaxt açıqlanıb
Formula 1 üzrə Avropa Qran Prisində iştirak edəcək komandaların pilotlarının Bakıya gələcəkləri vaxt məlum olub.
Pilotların ilk qrupu iyunun 14-dən paytaxtda olacaq.
Onlar öz komandalarının texniki heyətləri ilə birgə gələcəklər. Ümumilikdə paytaxta 11 komanda təşrif buyuracaq.
Qeyd edək ki, Avropa Qran Prisi 17 – 19 iyunda keçiriləcək.