Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Formula bu tarixlərdə keçiriləcək - Mərkəzi küçələrdə tikinti işləri başlayır

Reklam: High Technic

Bakıda növbəti Formula 1 yarışı 4-6 iyun 2021-ci il tarixlərində baş tutacaq.

BŞH-dən Yenicag.az-a verilən məlumata bildirilib ki, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində gecə saatlarında tikinti-quraşdırma işlərinə başlayır.

Qeyd olunub ki, daha öncə qeyd olunduğu kimi, mart ayının 31-dən başlayaraq Puşkin və Xaqani küçələrinin kəsişməsi arasındakı ərazidən Bül-bül prospekti istiqamətində olan yolun üzərində beton bloklar şəklində olan təhlükəsizlik baryerlərinin quraşdırılmasına start verilir.

Tikinti-quraşdırma işlərinin aparılması axşam saat 10:00-dan səhər saat 06:00-dək planlaşdırılıbdır. Bütün bunları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, avtomobillərini həmin saatlarda Xəqani küçəsində park etməkdən çəkinsinlər. Əks halda qeyd olunan ərazidə park edilmiş avtomobillər başqa yerə çəkiləcəkdir.

Həmçinin, yolun qeyd olunan hissələrində aparılan təmir-tikinti işlərini nəzərə alaraq, gecə vaxtı yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən avtomobili idarə edərkən daha diqqətli olmaları və sürət həddini aşmamaları xahiş olunur.

Loading...

www.yenicag.az

173
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100