Fotomüsabiqənin bitməsinə 21 gün qaldı

media-hightechnic-468x90

1414r12400Əgər müxtəlif rabitə vasitələri – telefon və kompüterlər gündəlik həyatınızın ayrılmaz hissəsinə çevrilibsə, internet və müasir texnologiyaların yaratdığı imkanlardan yararlanırsınızsa, innovativ həllər və elektron xidmətlərdən istifadə həyatınızı rahatlaşdırırsa, onda Siz bu fotomüsabiqənin real iştirakçısı ola bilərsiniz.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  verilən məlumata görə, müsabiqə iştirakçısı olmaq üçün gündəlik həyatınızda internet, yeni texnologiyalar, elektron həll və xidmətlərdən istifadə zamanı çəkilmiş maraqlı və kreativ fotolarınızı təqdim edin.

Müsabiqə üzrə istiqamətlər aşağıdakı sahələri əhatə edir:

İnternetin həyatımızda rolu

İKT-nin cəmiyyətdə rolu

Yüksək texnologiyalar və biz

“Elektron hökumət”in üstünlükləri

Müsabiqədə iştirak

Müsabiqədə hər kəs iştirak edə bilər.

Təqdim edilmiş foto mövzulardan birinə uyğun olmalıdır.

Təqdim olunacaq foto “jpg.file” formatında “[email protected]” elektron ünvanına təqdim olunmalıdır. Şəkillərin ölçüsü 2000″1500 px-dən az olmamalıdır.

Müsabiqənin mükafat fondu:

I yer – 1000 manat

II yer – 750 manat

III yer – 500 manat

Həvəsləndirici mükafatlar

Müsabiqə barədə ətraflı məlumatı “www.mincom.gov.az” saytından, eləcə də RYTN-in Mətbuat xidmətindən əldə etmək olar.

Əlaqə telefonları: (012) 598-07-35 (azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600