Fövqəladə hallar naziri İrana səfər edəcək

media-hightechnic-468x90

443Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 14-ü Tehrana iki günlük rəsmi səfər edəcək.

Bakıda səfərdə olan İran İslam Respublikası xarici işlər nazirinin müavini İbrahim Rəhimpur K.Heydərovla görüşdə bu səfərin iki ölkənin qardaş xalqlarının münasibətlərinə müsbət təsir edəcəyini vurğulayıb.

İ.Rəhimpur, həmçinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafının əhəmmiyyətini qeyd edib: “İran və Azərbaycan hərtərəfli münasibətlərin inkişafı üçün bütün potensiallardan və fürsətlərdən faydalanmalıdırlar”.
K.Heydərov iki ölkə rəsmilərinin qarşılıqlı munasibətlərin gücləndirilməsi üçün ciddi iradələrini xatırladaraq deyib ki, Azərbaycan və İran yeni əməkdaşlıq sahələri yaratmalı və qarşılıqlı olaraq iqtisadi fürsətləri tanımalıdırlar.

O, əlavə edib ki, iki ölkə təbii fəlakətlərə nəzarət etmək sahəsində qarşılıqlı olaraq bir-birinin təcrübəsindən faydalana bilərlər.

trend

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600