Fransa Ali məhkəməsi Makrona QARŞI: Yeni qanunu LƏĞV ETDİ

media-hightechnic-468x90

Fransa Ali məhkəməsi Makronun yeni qanununu ləğv edib.

Yenicag.az “El País”ə istinadla xəbər verir ki, Fransa Konstitusiya Məhkəməsi prezident Emmanuel Makronun yeni miqrasiya qanununu ayrı-seçkilik hesab edib.

Hakimlər Makronun ifrat sağçı Milli Mitinq partiyasının nümayəndələri ilə razılaşdığı miqrantların sadələşdirilmiş deportasiyası haqqında qanunun ölkə konstitusiyasına zidd olduğunu vurğulayıblar.

Nəşrin məlumatına görə, qanun layihəsinin mətnində ifrat sağçıların tarixi şüarı olan “milli üstünlük” forması adlanır.

Bundan əlavə, məhkəmə əcnəbilərin əsas sosial müavinətlərə çıxışının məhdudlaşdırılmasını ayrı-seçkilik tədbiri hesab edir.

Məhkəmənin qərarından bir müddət əvvəl Parisdə “arzuolunmaz” əcnəbilərin deportasiyasını asanlaşdıracaq yeni qanuna etiraz aksiyaları keçirilib.

Fransızlar prezidenti “sağa” hərəkət etməkdə ittiham ediblər.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600