!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa Ermənistanı silahlandırır

!Reklam – Yazi

Paris gələcəkdə İrəvanla Ermənistana hərbi texnikanın verilməsini mümkün edəcək saziş bağlamağa razılaşıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.

“Fransa gələcəkdə Ermənistana öz təhlükəsizliyini təmin etmək üçün hərbi texnika verməyə imkan verəcək saziş imzalamağa razılıq verib. Hələlik bu barədə ətraflı danışa bilmərəm”, – Kolonna qeyd edib.

Fransalı nazir həmçinin deyib ki, o, Avropa diplomatiyasının rəhbəri Cozef Borelə ​​Aİ-nin Ermənistandakı mülki missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi təklifi ilə rəsmi müraciət edib. O, Ermənistanın Moldovanın qoşulduğu Avropa Sülh Fonduna daxil olmasını təklif edib./Report/

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv