Fransa ilk dəfə İŞİD-ə zərbə endirdi

media-hightechnic-468x90

1424959610rwqeFransa təyyarə gəmisi “Şarl de Qol”dan qalxan hərbi təyyarələri bu gün ilk dəfə İŞİD hədəflərini bombalayıb.

Yenicag.az apa-ya istinadən bildirir ki, BFM televiziya kanalı İŞİD hədəflərini vurmaq üçün bu gün dörd ədəd bomba yüklü hərbi təyyarənin gəmidən havaya qalxdığı barədə məlumat yayıb. Hərbi təyyarələrdən biri bombalarının hamısını, digəri isə yarısını İŞİD mövqelərinə atıb, iki təyyarə isə bombalarla gəmiyə geri qayıdıb. Fransız hərbi təyyarələri daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan havaya qalxaraq beynəlxalq koalisiyaya dəstək vermək üçün İŞİD hədəflərini vurub. Qeyd edək ki, Fransa Prezidenti Fransua Olland “Şarl de Qol” gəmisini bölgəyə göndərəcəklərini hələ keçən ay açıqlamışdı. Fransa İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə qurulan koalisiyaya ilk dəstək verən ölkələrin arasında iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600