!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa ordusunda cinsi ZORAKILIQ: Hərbçi qadın ŞOK FAKTLAR açıqladı

!Reklam – Yazi

Fransanın müdafiə naziri Sebastian Lekornu orduda cinsi zorakılıq qurbanlarını daha yaxşı qorumaq və günahkarları cəzalandırmaq üçün xüsusi işçi qrupu yaradacaq.

Yenicag.az xəbər verir ki, bu barədə o, “Le Monde” qəzetində dərc olunan məqaləsində bildirib.

Nazirin sözlərinə görə, intizam icraatlarını nəzərdən keçirməli və “komandirlər üçün konkret tövsiyələr hazırlamalı” olan işçi qrupuna silahlı qüvvələr və jandarmiyanın baş müfəttişi rəhbərlik edəcək.

Mayın sonunadək işçi qrup qabaqlayıcı tədbirləri, qurbanların müdafiəsini və təcavüzkarlara qarşı sanksiyaları qiymətləndirəcək. Nəticələr və tövsiyələr parlamentə təqdim olunacaq.

Bundan əvvəl Fransa Müdafiə Nazirliyi keçmiş əsgərin hekayəsi mediada rezonans doğurduqdan sonra orduda cinsi zorakılığa görə cəzasız qalması iddiaları ilə bağlı yeni tədbirlər və daxili araşdırma elan edib.

Fransa Hərbi Dəniz Qüvvələrinin keçmiş əsgəri Manon Dübyanın hekayəsinin dərcindən sonra Fransa ordusunda cinsi zorakılıq aktual mövzuya çevrilib. Qadın bildirib ki, 18 yaşında iş yoldaşı tərəfindən dəfələrlə cinsi təcavüzə məruz qalıb.

Adam cəzalandırılmayıb, başqa gəmiyə köçürülüb. Dübya ora gələndə onu təqib etməyə davam edib. Şikayət etdikdən sonra o, 10 sutka müddətinə saxlanılıb, lakin gəmidə xidmətdə qalıb və Dübya ona yemək verməyə davam etməli olub.

Fransa Müdafiə Nazirliyinin məlumatına görə, ötən il hərbçilərə cinsi təcavüz və ya təcavüzlə bağlı 226 iddia daxil olub. Qadınlar Fransanın hərbçilərinin 16%-dən çoxunu təşkil edir.

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv