Fransa prezidentindən tarixi səfər
Fransa prezidenti Fransua Olland mayın 10-u axşam saatlarında Kubaya səfərə gedib.
Olland 100 ildən artıq müddətdə Kubaya səfər edən ilk Fransa prezidenti kimi tarixə düşüb.
Fransa liderinin kubalı həmkarı Raul Kastro ilə görüşəcəyi gözlənilir.
Jurnalistlərə açıqlamasında Olland bildirib ki, ABŞ tərəfindən uzunmüddətli iqtisadi blokadanın yumşaldılması Kuba iqtisadiyyatına müsbət təsir edəcək.
azvision.az