Fransa və Rusiyanın Sünik uğurundakı SAVAŞI – “İstəyirlər ki, Azərbaycan Zəngəzur dəhlizindən əl çəksin”
“Qərb istəyir ki, Azərbaycan Zəngəzur dəhlizindən əl çəksin, Zəngəzur geri qaytarılmasın”.
Bu fikri Ermənistanın Sünik rayonunda Fransa konsulluğunun açılması və bunun region üçün təhlükəsini Yenicag.az-a Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin Elşad Musayev deyib.
Onun sözlərinə görə, Ermənistan Rusiyanın vəziyyətinə uyğun olaraq qərarlar verəcək:
“Ermənistan hakimiyyətinə Qərbyönümlü desələr də, istənilən vaxt mövqeyini dəyişə bilər. Əgər görsələr ki, Rusiyanın mövqeyi güclənir, erməni tərəfi Qərbi satıb keçəcək Rusiyanın tərəfinə. Görsələr ki, Rusiyaya qarşı Qərb ölkələrinin ciddi siyasəti həyata keçirilir, ABŞ Ukraynanı gücləndirir, Rusiya zəifləyir, onda da fərqli mövqe ortaya qoyacaqlar. Rusiya da Sünikdə konsulluq açmaq istəyir, Fransa da, amma hazırda söz dueli gedir”.
“Ermənistan situativ qərarlar alır. Paşinyan sülhlə bağlı bəyanatlar verir, bizdə də elə düşünürlər ki, bu, qısa zamanda olacaq, lakin bu, belə deyil. Qərb istəyir ki, regionda cırtdan xristian dövlət olsun. Bu, Rusiyanın da marağındadır. Müəyyən qədər Ermənistanın kaprizlərinə buna görə dözürlər. Azərbaycan Ermənistan münaqişəsində Qərb də, Rusiya da Ermənistanın yanında durur. Fransa konsulluğunun açılması isə baş verə də bilər, verməyə də. Ancaq bütün hallarda bunlar Azərbaycana qarşıdır. İstəyirlər ki, Azərbaycan Zəngəzur dəhlizindən əl çəksin, Zəngəzur geri qaytarılmasın”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd