Fransada 18 avtomobil toqquşdu – Yaralılar var

Fransanın cənub-qərbində 18 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, 13 minik avtomobili və 5 yük maşınının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanların 4-nün, o cümlədən 4 yaşlı uşağın vəziyyəti ağırdır.

Qəza yolda böyük tıxacların yaranmasına və regionda avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olub.