Fransada ən yüksək səviyyədə terror təhlükəsi elan edildi

media-hightechnic-468x90

Fransa terror təhlükəsi səviyyəsinin maksimuma yüksəldiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın Baş naziri Qabriel Attal “X”də yazıb.

O qeyd edib ki, müvafiq qərar Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə əlaqədar verilib.

Attal bildirib ki, bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasını çağırıb.

“İslam Dövlətinin hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü, eləcə də ölkəmizin üzləşdiyi təhdidləri nəzərə alaraq, Vigipirate (terror təhdidləri üçün milli xəbərdarlıq sistemi) səviyyəsini ən yüksək səviyyəyə qaldırmaq qərarına gəldik”, – deyə Fransız Baş nazir bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600