Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fransada etiraz aksiyası - 12 polis xəsarət aldı

Bu gün Fransada etiraz aksiyası keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aksiya yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00) başlayıb. Etirazçılar Bastiliya meydanına doğru yürüş ediblər. Təhlükəsizliyin təmin edilməsi üçün paytaxta hüquq-mühafizə orqanlarının xeyli sayda əməkdaşı cəlb olunub.

“Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin bir sıra maddələrinə qarşı bu ilki ilk etiraz aksiyaları bu gün Fransanın bir sıra şəhərlərində keçirilib. Nümayiş Parisdə də baş tutub. Qanun layihəsinə hazırda Fransa parlamentində baxılır.

Bildirilib ki, ölkədə üzrə 34 min insan küçələrə çıxıb, təşkilatçılar 200 min nəfərin olduğunu deyirlər.

Etiraz aksiyasında 24 nəfər Parisdə olmaqla ümumilikdə 75 nəfər saxlanılıb. 12 polis əməkdaşı xəsarət alıb.

Loading...

www.yenicag.az

186