Fransada milad sönük qeyd ediləcək - Xərclər azaldılır

media-hightechnic-468x90

Milad dövründə Avropada çox rast gəlinən bazar yerləri bu il enerji və qlobal iqlim böhranı səbəbindən daralır.

Yenicag.az “Sözcü”yə istinadən xəbər verir ki, başda Fransa və Almaniya olmaqla, bir çox ölkələr Milad bazarlarının daralmasına qərar veriblər. Hətta bu il buz meydançaları yerinə skeytbord meydançalarının istifadə ediləcəyi bildirilib.

2020-ci ildə buz meydançasını soyuq saxlamaq üçün təxminən 15 000 avro xərclənib, 2021-ci ildə isə buz meydançasının sahəsi azaldılıb və elektrik haqqı 7 500 avroya endirilib.

Bu qərarla bağlı verilən açıqlamaya görə, Fransanın şəhərləri Milad bayramının artıq qar, buz meydançaları və şam ağacları ilə olmayacağına alışmalıdır.

Gülşən

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600