Türkiyənin əhalisi 86 milyona çatdı
Türkiyə əhalisi 2025-ci ildə əvvəlki illə müqayisədə 427 min 224 nəfər artaraq 86 milyon 92 min 168 nəfər olub.
Türkiyədə yaşayan xarici vətəndaşların sayı əvvəlki illə müqayisədə 38 min 968 nəfər artaraq 1 milyon 519 min 515 nəfərə çatıb. Bu göstəricinin 49,3 faizini kişilər, 50,7 faizini isə qadınlar təşkil edir./Yeni Sabah/












