"Xarici qüvvələrin İrana müdaxilə cəhdləri uğursuz nəticələnib" - Xamenei

media-hightechnic-468x90

İranın ali lideri ayətullah Əli Xamenei bildirib ki, xarici qüvvələrin İranda islam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etmək cəhdləri uğursuz nəticələnib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

O, 1979-cu il islam inqilabının 47-ci ildönümü münasibətilə televiziya müraciətində deyib ki, “xarici qüvvələr daim İranda islam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etməyə çalışıblar, lakin buna nail ola bilməyiblər”.

O həmçinin bildirib ki, hər il ölkədə inqilabın ildönümündə – fevralın 11-də ümumxalq yürüşləri keçirilir, onları “dünyada görünməmiş” və “milli dayanaqlılığın aydın təzahürü” adlandırıb.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05