Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etmədi

media-hightechnic-468x90

Fransanın Baş naziri Fransua Bayru sentyabrın 8-də keçiriləcək səsvermədə hökumətə etimadsızlıq göstəriləcəyi təqdirdə Prezident Emmanuel Makronun parlamenti buraxmasını mümkün hesab edir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən bildirib.

Məlumata görə, Baş nazir deyib ki, Prezident bunu istəmir, lakin istənilən halda parlamentin buraxılması hadisələrin inkişafının bir versiyası olaraq qalır.

Səsvermə 2026-cı ilin büdcəsi haqqında qanun layihəsində yer alan qənaət tədbirlərindən əhalinin narazı qalması fonunda keçiriləcək. Əsas müxalifət partiyaları artıq hökumətə etimadsızlıq göstərmək niyyətində olduğunu bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05