!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransanın eks-prezidenti məhkəmə qarşısında cavab verəcək

!Reklam – Yazi

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2012-ci ildə keçirilən prezident seçkilərinin gedişində maliyyə fırıldaqlarında şübhəli bilinərək məhkəmə qarşısına çıxarılacaq.

Yeniçağ.Az-ın rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, istintaq Sarkozinin “Milli Hərəkat” partiyasının sənədləri saxtalaşdıraraq seçki kampaniyası zamanı icazə verilən məbləğdən 18 milyon avro artıq xərcləməsindən şübhələnir.

Keçmiş prezident isə, bu barədə xəbərsiz olduğunu deyib. Sarkozidən əlavə saxtalaşdırmada daha 13 nəfərin iştirak etdiyi bildirilir.

2012-ci ildə Nikolya Sarkozi prezident seçkilərini Fransua Ollanda uduzub, 2016-cı ildə o, seçkilərdə yenidən iştirak etsə də, bir daha məğlub olub.

Qeyd edək ki, Sarkozinin qərargahının saxta hesab-fakturalar tərtib edərək seçki kampaniyası üçün yığılan gəlirlərinin bir hissəsini gizlətdiyi və bunu “Biqmalion” piar-agentliyi vasitəsilə həyata keçirdiyi ehtimal olunur.

Yeniçağ.Az

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv