!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fransanın Jardin şəhərində Azərbaycanı təmsil edən idmançı qalib oldu - FOTO

!Reklam – Yazi

16-18 iyun 2023-cü il tarixlərində Fransanın Jardin şəhərində CDİ3* kateqoriyalı atçılıq idmanının dressura növü üzrə beynəlxalq yarış keçirilib.

Yenicag.az xəbər verir ki, Almaniya, Fransa, Belçika, Böyük Britaniya, Niderland kimi 20-dən çox ölkədən idmançıların iştirak etdiyi mötəbər yarışda Azərbaycanı Aqata və Karina Zəhrabəyovalar təmsil ediblər.

Aqata Zəhrabəyova yarışa “RM Golden Showman”, Karina Zəhrabəyova isə “Ein Stern” və “Delicato 2” atları ilə qatılıblar.

Gərgin keçən mübarizədə Aqata Zəhrabəyova üç yarışda 70%-dən çox xal toplayaraq ilk üçlükdə qalmağı bacarıb, Karina Zəhrabəyova isə həftəyə 74%-dən çox xalla yekun vuraraq “Junior Freestyle” yarışının qalibi olub.

Tədbirin sonunda qaliblər pul mükafatı, medal və kuboklarla təltif ediliblər.

 

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv