“Fresko” marketlər şəbəkəsi barəsində iş qaldırılıb

media-hightechnic-468x90

1d28ceee79aa800a9cfd48178c16da8cİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı yayımlanan “Fresko” marketlər şəbəkəsinin reklamında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.

Nazirlikdən verilən məlumata görə, bu marketlərdə satılan məhsulların digər marketlərdə satılan məhsullardan üstünlüyü fikrini yaradan “Fresko” market – ən yaxşısı sizin üçün” məzmunlu ifadədən istifadə edildiyi müəyyən edilib.

Bununla əlaqədar “Fresko” marketlər şəbəkəsinin məxsus olduğu “Azəri Retail” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600